Əgər mən desəm ki, Marketing anlayışı Marketing Management, Itegrated Marketing Communication və Analytic Marketing başlıqları altında toplana bilər yəqin ki, mənə çox da etiraz etməzsiniz. (Marketing, ideaların,mal və xidmətlərin, qiymətləndirilməsi, tutundurulması və paylanılmasının planlaşdırılması və icrası prosesidir. AMA)
Marketing Management, deyilən anlayış şirkətin ümumi fəaliyyət fəlsəfəsinə aid olub, demək olar ki, bütünlükdə şirkətin bütün funksiyalarının düzgün yerinə yetirilməsi və müəyyən olunan məqsədlərə çatmaq üçün hansı addımları atmağının məqsəduyğunluğunu əhatə edir. Məhz buna görədir ki, birçox böyük şirkətdə Chief Marketing Officer eyni zamanda General Manager funskiyalarını yerinə yetirir. Yəni, təsəvvür etsək ki, bir şirkət istehsal edir və bunu istehlakçıya çatdırır, onda onun Marketing fəliyyətinin başlanğıcı ehtiyacların öyrənilməsi, sonu isə bu ehtiyacların təminindən ibarətdir. Yaddan çıxarmayaq ki, burada dairəvi proses gedir. Marketing Management, bax bu proses içərisinə daxil olmalı olan bütün prosesləri idarə edən bir funksiyadır. Bir şirkət fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək şərtilə, müştəri ehtiyaclarını təmin etməkdir. Yəni, Marketing Management, mənfəət əldə etmək və müştəri ehtiyaclarını təmin etmək üçün lazım olan bütün prosesləri idarə etmək üçün ortaya çıxan bir funksiyadır. Marketing Management-dən bəhs edərkən İstehsal, Satış, Marketing və Sosyal Marketing konseptlərindən də danışmaq olar, ancaq mən onsuz da uzun olan bu yazını daha da uzatmaq isətmirəm.
İkinci anlayış isə Itegrated Maketing Communication-dır (Bundan sonra qısaca IMC yazılacaq). IMC müştərilərlə kommunikasiya yaradan bütün ağlımıza gələn vasitələr toplusudur. Kommunikasiyada ən az iki tərəf iştirak etməlidir; ötürücü və alıcı. Yəni, bir tərəf müştəriyə bir məlumatı ötürür, müştəri isə ötürülən məlumatı alır. Ötürmə və almanı təmin edən vasitələr bax həmin bu IMC-nin üzvləridir. Reklam, PR, Satış, Birbaşa Marketing və.s (Və.s ona görə deyirəm ki, son dövrlərdə bunlara əlavələr çox edilib). Satış IMC üzvlərindən biridir. Bu bir mübadilədir. Mübadilənin olması üçün ən az iki tərəf olmalıdır, bir tərəf digərini razı salmaq qabiliyyətində olmalıdır, hər iki tərəf azad olmalıdır (məcburi mal verməkdən getmir söhbət), bir tərəf digər tərəflə razılığa gəlməlidir, alıcı tərəf təklif olunan dəyəri qəbul etməlidir və nəhayət hər iki tərəf bu razılaşmanı qəbul etməlidir. Bax bu mübadilənin şərtləridir. Burada bir kommunikasiya mövcuddur. Satan tərəf və alan tərəf var. Satan tərəf alan tərəfə lazım olan bütün informasiyaları ötürərək onu almağa razı salır. Marketing konsepti ilə Satış konsepti arasındakı fərqin ən kobud nümunaəsi də budur ki, satış “nə olursa olsun sat”, marketing isə “dəyər yarat və ehtiyacları təmin et “ prinsipləri əsasına dayanır. Burada mənim başa düşdüyümə görə satış ilə marketing arasındakı fərq ortaya çıxır; mübadilə baş tutsa Satış reallaşır, baş tutmasa satış reallaşmır, ancaq Marketing isə mübadilə baş tutsa da tutmasa da davam edir. Satış mübadilənin getdiyi andır, prosesdir. Marketing anlayışını Satışla tamam ayırmaq və ya cümləni düzünə qursam, satışı marketingdən ayırmaq ortada prosesin qopmağı deməkdir. Satış Marketing deyil, Marketing də Satış deyil. Marketing satışdan çox daha böyük anlayışdır. Satışın marketing içərisindəki mövqei Reklamın, PR-ın mövqei kimidir, onlar bir prosesin tamamlayıcılarıdır.
Ehtiyacların öyrənilməsi, ehtiyaclara görə məhsulunu istehsalı, istehsal edilən məhsulun bazar çıxarılması, tanıdılması, satışı və satışdan sonra geri məlumat toplanması prosesində Satış prosesi tamamlayan ünsürdür. Vəssalam!
Analytic marketing adından da bilirsiniz nə olduğunu ona görə də mən girmirəm. yazı da çox uzanır!
Əgər Satış varsa deməli orada yüz faiz Marketing var!!!