Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Nov 29, 2007

( Qırmızı ANS-in rəngidir ay SPACE!!! )

Əlimdə bir elmi araşdırmanın nəticələri yoxdur təəssüf ki, ancaq tapan kimi bu yazıya əlavə edəcəm. Bunu başdan deyim ki, məni qınamayın.
Ancaq rənglərin mal seçimində, qərar vermə anında təsiri danılmazdır. Bunu gündəlik həyatımızda onsuz da görürük. Martin Lindsotrm da "Duygular və Marka" kitabında markanın bütün duyğu organlarına xitab etməli olduğunu iddia edir. Onun kitabında bunun çox nümunələri var. Özünü haqlı çıxarmağa çalışır bununla. Nokia-nın musiqisi var misal üçün, o səsi eşidən kimi ağlımıza Nokia gəlir. Bəzi marketlər bütün mağazalarında eyni iyin gəlməsini təmin edir. Bütün bunlar insanların ağlında marakaya aid canlanmaları həmişə yükəsk səviyyədə tutmaq üçündür. M.Lindstormun kitabı bu mövzunu tam başa düımək üçün əla kitabdır. Amma, biraz sıxıcıdır. Nə isə, əslində mənim mövzum bu deyil.

Mən rənglərin təsirindən də danışmayacam uzun uzun, bunun üçün də indiyə kimi aparılan yüzlərlə araşdırma var. Tapıb oxuya bilərik. Mən bugün axır ki, SPACE kanalına qarşı olan hisslərimi yazıya tökməyə qərar verdim.

Mən bu kanala baxmıram. İstəyir nə qədər yaxşı kanal olursa olsun. Əslində parlaq rəngləri sevən bir insanam. Turuncu rəngi də sevirəm. Space kanalının rəngini seçə bilirəmsə əgər, bu kanalın ana rəngi də turuncudur. Turuncu rəng qırmızı və sarı rənglər arasında 620-585 nanometr dalga uzunluğunda olan rəngdir. Bu rəngi sevən qadınlar səmimi, dost təbiətli, kişilər isə səbirli, güzəştə getməyi bacaran insanlar olurlar (Öz aramızdı bir biri ilə yaxşı yola gedərlər). Space-in rəngini bilən varsa mənə desin. Bir markanın ana rəngləri rəsmi olaraq bilinir. Birinin qırmızı, birinin qara nə isə.
Space kanalında mənə elə gəlir ki, həmişə bir rəng xaosu var. Orada rənglər düzgün dalğalarla çatmır və ya rəng seçimləri xüsusi olaraq qarmaşıqlaıdırılır. Çox qəribə hiss var məndə; SPACE kanalında bütün hər şey o mənim seçə bilmədiyim (daltonik deyiləm) rəngdə olur sanki. Xəbərləri təqdim edən xanim da daxil olmaqla. Elə məni qıcıqlandıran da o seçə bilmədiyim rəngdir. Təkcə bu da deyil. TV kanalları da başlı başına marka ola bilirlər və markadırlar. Bunların da özünə görə strategiyaları mçvcuddur. Bunlar da bir marka kimliyinə sahibdirlər. Daha doğrusu olmalıdırlar. ATV əyləncə kanalıdır, kanalı nə qədər tənqid edirsiniz edin, əyləncə kanalı deyəndə ağla gələn ilk Azərbaycan kanalı ATV-dir, ANS objektiv (objektivlikləri müzakirə oluna bilər) xəbər kanalıdır, bunu biraz da satirik üslubla ələ alan kanaldır, Lider intellektual kanal olaraq özünü yerləşdirmək istəyir, ancaq nə qədər uğurludur bilmirəm, SPACE nə etmək istəyir, hansı mətləbə qulluq edir mən hələ də başa düşməmişəm. Çünki baxmıram. Baxmıram çünki rənglərinə görə o kanala baxanda bütün əsəblərim gərginləşir.

Mesajın (SMS-dən getmir söhbət) kimin tərəfindən göndərilməsinin, hansı formada göndərilməsinin, necə göndərilməsinin, nə vaxt göndərilməsinin hamısının qəbula təsiri var. Hətta,
Selim Tuncer bir yazisinda səsin və deyiliş tərzinin bu münasibətlərdə nə qədər əhəmiyyətli olduğunu bir araşdırmanın nəticələri olaraq göstərmişdi. Mesajı göndərən SPACE olduğuna və mən də o kanala qarşı alllergiyalı biri olduğuma görə o kanalın yayınladığı heçbir şeyə baxmıram. SPACE Azərbaycanda MotoGP yarışlarının rəsmi yayın hüququnu alsa mən çox təəssüflənərəm. Çünki, gərək mən xarici kanallara təkrar müraciət edəm elə olsa.

Markaya ilə bütünləşmiş bəzi şeylər var, bunlar, rəng, səs, qoxu, yazı və.s ola bilər. Ferrari deyəndə ağla qırmızı rəng gəlir, Nokia deyəndə ağla Connecting People gəlir (muqisi ilə birlikdə), Carlsberg deyəndə Liverpool-un yaxasındakı yazı gəlir ağlımıza və.s. Bunlar hamısı markaya aid olur və marka sahibləri də bütün bunlar arasındakı ahəngi nəzarətdə saxlamalıdırlar. Rəngi ilə insanları qaçırmamalıdır, səsi ilə insanları bezdirməməlidir, özünə məxsus nə varsa bunların hamısı ilə "ciddi rəftar etməlidir". Bunu da uzun uzun yazsaydım bu yazını heç bura kimi də oxumayaqdınız, başda "nə uzun yazıdır"deyib heç oxumayacaqdınız. Mən kəsirəm elə burda.

WEB səhifəsi qırmızı, TV rəngi "mənim seçə bilmədiyim rəng" olan SPACE kanalının bir gün ikisini də başqa bir rəng etməsi ümidiylə.

(Qırmızı ANS-in rəngidir ay SPACE!!!)

Nov 27, 2007

Xoşuma Gəlir!

Molla Əmi o qədər şikayət edir ki, guya heç yaxşı şey yoxdur bu məmləkətdə. Mən də xoşuma gələn bir şeyi yazım.

Bizim ümumi nəqliyyat vasitələrində əvvəllər var olan böyüyklərə hörmət hələ də var. Bu çox yaxşıdır. Nəinki yaşlı adamlara, hətta cavan qızlara da yer vermək bizim mədəniyyətimiz olub və mədəniyyətimizin bir hissəsidir. Bu mənim mədəniyyətimizə aid ən sevdiyim xüsusiyyətlərdən biridir. Özümə özümüzü sevdirən xüsusiyyətlərdən biri deyə bilərəm. Düzdür, hiss edirəm ki, bu getdikcə azalır, ancaq kaş azalmaya.

Kaş bizim xaricdə oxuyub gələnlər arada sırada özlərinə yer verməmək məsələsində haqq qazandırmağa çalışmaya. Deyirlər ki, "Bu qadını zəif görməyin əlamətidir". Bu qadını "zəif" deyil, "zərif" görməyin əlamətidir. Ona hörmətin, ona məhəbbətin əlamətidir. "Zərif" ilə "zəif" sözləri arasındakı fərq isə çoxdur.

Zərif qadınlarımıza qalxıb yer vermə ənənəmiz kaş heç vaxt yox olmaya.
Mən bizim "qərbli" lərin özlərinə haqq qazandırmaq üçün arxalarını söykədikləri qərblilərin (eləcə də şərqlilərin) bu xüsusiyyətimiz qarşısında təəccübləndiklərini, "nə böyük nəzakət, nə böyük mədəniyyət" dediklərini çox görmüşəm.


Nov 25, 2007

Lüt Qaz

Bir şirkət fəaliyyətinin ən əsas hədəfi pul qazanmaqdır. Yəni, heç kim gəlir əldə etməyəcəyi işə pul qoymaz. Bu işin maddi tərəfi olduğuna görə, mənə etiraz edənlər də mütləq olacaq. Hər kəs, bütün fəaliyyətindən maddi və ya mənəvi bir qazanc güdür. Birisi 100 min dollar sərmayə qoyub 1 milyon qazanmaq istəyir, digəri də o pulun üstünə hər il əlavələr edərək mənəvi qazanc əldə edir. O inanır ki, bu əbədi xoşbəxtliyi üçün vacibdir. Çox sevindirici haldır ki, Tagiyevlər, Musayevlər nəslindən sonra demək olar ki, yox olan bu ənənə təkrar başlamaq üzrədir. Başlayıb daha doğrusu. İnkişaf edir. Mən kiçik biznesi ilə böyük işlər görən insanlar tanıyıram. Sevinirəm buna.

Mövzum əslində bu deyil, mövzum odur ki, nə işlə məşğul olursan ol, işini əhatə edən insanlara qarşı düzgün davran. Mənim işlədiyim şirkət sahibinin həmişə dediyi bir söz var "Biznesdə ən vacib məsələ dürüstlük ve etibar qazanmaqdır, digərləri özü gəlir". Bunu fərdlərə aid etmək olduğu kimi, şirkətlərə də aid etmək olur. Yəni, həm müştərilərin, həm də şirkət fəaliyyətinin bu və ya digər sahəsində əməkdaşlıq etdiyin şirkətlərin etibarını qazanmaq çox əhəmiyyətlidir. Kriz dövrlərində bunun qədər vacib olan ikinci bir amil yoxdur bəlkə də. Asiya vəTürkiyə iqtisadi krizində bunların nümunələri çox görülüb. Etibarını qazandığınız şirkətlər finans cəhətdən sizə kömək edə biləcəyi kimi, öz əməkdaşlarınız, daxili müştəriləriniz, də sizin əlinizdən tutub qaldıra bilər. Yəni, burada şirkət daxili münasibətlər həyatı əhəmiyyət kəsb edir. Ayda 100 min manat gəlir əldə edən bir şirkət üçün ayda 5 min manat verib işçilərə diqqəti artırmaq heçbir əlavə maliyət deyil. Mən hələ xırda nümunə verdim. İşçilərə günorta yeməyini pulsuz verməyin maliyəti əlavə xərc deyil. Bu qazanc gətirir. Daxili məmnuniyət, xarici məmnuniyətə səbəb olur. Qarnın tox olmagı deyil məsələ, nə də "ac da olsa tox da olsa o işi görəcək" fikri deyil, məsələnin kökü. Məsələ, qayğı və bu qayğının qarşılığında iş üçün can yandırmaq, işi "özününkiləşdirmək" məsələsidir. Bu inanılmaz dərəcədə əhəmiyyətlidir. "Yiyə gözü, həkim gözü" deyə bir söz var bizim dilimizdə. Münasibətlərin özü, özəyi bax elə budur.
Bunlar xırda məslələr olsa da əhəmiyyətlidir. Malınızı paketləyən adamın o işi səliqəylə görməsi işdən çıxarılma qorxusundan daha çox, sahiblənmə ilə mümkündür.
İşçilərin etibarını qazanmaq qədər, müştərinin etibarını qazanmaq da əhəmiyyətlidir. Sizin səhvlərini bağışlaması üçün bu vacibdir. Şirkət və müştəri münasibətləri də eyni iki insan münasibəti kimi ola bilər. Mən lovemarks haqqında danışmıram. Şirkətlər haqında danışıram. Şirkətlərin müştərilər nəzdində etibar qazanması hətta yeni markanın bazara təqdimi vaxtı çox böyük əhətmiyyət kəsb edə bilər. Xüsusən də Azərbaycan kimi kiçik ölkələrdə. Bizim ölkəmizdə yalan olmasın hamı bir-birinin avtomobilini tanıyır. Burada istehsalçı şirkətin, markanın sahibinin kim olması çox böyük əhəmiyyətə malikdir.

Müştəri, ona qaz kimi baxanı da, inək kimi sağanı da, ağa kimi sayanı da tanıyır!

Başqaları bizim qazımızla qaz bişirir, biz de qalmışıq lüt qaz kimi, bişməyə hazır!!!

Nov 16, 2007

Kasıbın xoşuna gəldi, bilirəm, Varlının halını da varlilar bilər

Bir müddət əvvəl Bülent Akgülə Porschenin Cayenni istehsalı və bunun markayla əlaqələri haqqında yazmağa söz vermişdim. Söz vermişdim deyəndə biraz böyük çıxır, guya yazdığım bir şey ifadə edir.

Mən də bir həftədir sağa sola baxıb bu mövzu ilə material oxumağa çalışıram.
Əvvəla onu deyim ki, Porsche Panamera adlı yeni bir dört qapı sedan coupe hazırlığındadır və bu yəqin ki, 2009-cu ildə satışa çıxarılacaq.

Wendelin Wiedeking, Porsche CEO-su, "Biz bu qərarı vermək üçün çox fikirləşdik" deyib. Cayenne Porsche-yə çox pul qazandırıb. Dəhşət çox. Nələr itirib Porsche bu həqiqətən də müzakirəyə açıqdır. Elə bir vəziyyət var ki, P.Kotler də desə ki, "Porsche-nin qərarı səhvdir" buna "qəti" etibar etmək olmaz. Çünki, ortada böyük bir bazar araşdırması yoxdur, maraknın imicinə zərər dəyib və ya dəyməyib bunu əsaslandırmaq çətindir. Bunu, hər halda illər sonra görəcəyik. Digər tərəfdən də, bunun adı strategiyadırsa, bu strategiyanın məqsədini də tam olaraq bilməliyik ki, şərhimizi də ona görə verək. Əgər Porsche, markanı exclusive sport car olmaqdan çıxarıb, sportiv xüsusiyyətlərə malik avtomobil imici qazandırmaq və bununla da Cayenne nümunəsində olduğu kimi çox pul qazanmaq istəyirsə bunun şərhi tamam fərqlidir. Vəziyyət həqiqətən də çox fərqli yanaşmalara açıqdır. Bazar elə vəziyyətdədir ki, bütün lüks markalar nələrəsə əl atırlar. Siz təsəvvür edin Mercedes Minivan, BMW Minivan (Özləri yox bu minivan deyil desələrdə, minivandır. Nala mıxa vurmağın mənası yoxdur), Jaguar SUV istehsal etmək niyətindədir. Mercedes reallaşdırıb artıq.
Porscheyə geri qayıdıram. Markanın bugünə qədər olan imici əsas Porsche müştəriləri nəzdində məncə zədələndi vəya dəyişdi. "Varlılar" 911 üçün pul ödəyəndə onun təkcə motorunun gücü, dizaynı, sürüş göstəriciləri üçün 100 minləri gözdən çıxarmırdılar. Onu "exclusive" olduğu üçün alırdılar. Porsche sport car idi yoxsa sport cardır? Bax əsas məsələ bundadır. Porsche marka olaraq artıq çox da exclusive deyil. Çünki onun Cayenne və Panamerasının 100 000 ədəd satılacağına heç kim şüphə etmir. 100 Min ədəd satılan avtomobil markası isə mümkün deyil ki, exclusive olsun. Azərbaycanda Cayenne çoxdur, küçələrdə çox rastlaya bilərsiniz. Ancaq, burada biraz Porscheyə bu qərarı verməkdə əsas təşkil edən şey 911, Boxter və Cayman kimi modellərin az qala başlı başına bir marka halına gəlməsidir. Mənə belə gəlir şəxsən. Çünki, nə qədər Cayenne hamıya açıq olsa da, 911 GT2 hələ də hamıya açıq deyil.Biraz rəqiblərə baxaq sonra daha da dəqiqləşdirək. Cayenne-nin rəqibləri hazırda bazarda əsasən X5, Q7, Range Rover Sport-dur. Burada kimsə yox bunların biri mid-size, digəri big-size modeldir deyə bilər, ancaq yaddan çıxarmayaq ki, əsas olan müştərinin gözündəki yerdir.
Panameranın rəqibləri isə aşağıdan Mercedes CLS, BMW 6 Series yuxarıdan isə Bentley Continental GT, Maseratti Quattrope olacaq. Buradan da görüldüyü kimi artiq Porschenin rəqibləri arasında çoxlarının sahib ola bildiyi (Azərbaycanda hər küçədə yüz dənə görə bildiyimiz) Mercedes və BMW də var. Nə qədər bu markaların adlarını çəkdiyim modelləri bahalı və hər küçədə görülməyən modellər olsa da, bunlar exclusive deyil. Yəni, Ferrari, Laborghini, Lotus kimi ultra sport deyil. Marka çox yayılıb. Çoxlarına yayılıb.
Ən başda onsuz da qeyd etmişdirm ki, bu məsələ haqqında istənilən yazı hələlik subjektivdir. Mənim şəxsi fikrim bir uzun cümlə ilə belədir; Porsche artiq əl çatmaz deyil, bəlkə bir gün mən də ala bilərəm, ancaq Cayenne-nə qədər belə fikirləşmirdim, Porsche təkfunksiyalılığını itirib, artıq çoxfunksiyalı Cayenne və Panamera da var və mən buna sahib ola bilərəm, mənim kimi düşünən yüz minlər insan var bəlkə də, deməli artiq Porsche əvvəlki əlçatmaz Porsche deyil, o artiq əl çatan Audi rəqibidir, mən isə bir AUDI heyranı olaraq həyatda Porsche-yə belə olan halda pul vermərəm.
Bu yazının çox çatışmazlıqları var, indi mənim əsas istəyim sizin öz şərhlərinizlə yazını tamamlamağınızdır.