Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Apr 12, 2008

Xorvatiya səfərimdən balaca yazı

Neçə gündür Xorvatiyadayam. İşlə əlaqəli səfərdir. Bir gün əlavə vaxtimiz olduğu üçün gəzməyə də xeyli vaxt tapdıq. Hətta doydum gəzməkdən. Çünki Dubrovnik balaca bir yerdir. Cəmi 42 min əhalisi var. Kurort şəhərdir və son illərdə Avropalı turistlərin ən çox gəldikləri yerlərdən biridir. Bir tərəfində Adriatik, bir tərəfi dağlıq olan çox gözəl bir yerdir.


Şəhər tarixən bilinən Dubrovnik deyilən yerdir. Yəni ki, heç vaxt iperiyalar tərəfindən işğal edilməyən Dubrovnik elə indiki Dubrovnikdir. Maraqlıdır. Balaca bir yerdir, həmişə xərac verməklə müstəqil qalıb. Ticarətin, xüsusən də Osmanlı ilə Avropa arasında ticarətin qapısı olub. OLD CITY deyilən yer bizim İçəri şəhər kimidir. Ancaq, aralarındakı bənzərlik bircə ikisinin də adının OLD olmasıdır. Bizim içəri şəhərdə OLD-luqdan əsər əlamət qalmayıb. Ancaq burda necədir? UNESCO mühafizəsi altındadır. Buradan hər şey yəqin aydındır. Burda da içəridə restoranlar, otel, geyim mağazaları var. Ancaq, heç biri zərrə qədər də tarixi memarlıq xətlərindən kənara çıxmayıb. Modern dizayn yoxdur. Yəni burada tarixiliyi hiss edirsən.
Şəhər tər-təmizdir. İnsanları da səmimidir. Dəniz kənarı olduğuna görə dəniz yeməkləri çoxdur. Dadlı yeməkləri yoxdur. Xoşuma gəlmədi. Gecə səhərə qədər boş-boş gəzsən yenə də sənə dəyib toxunan olmaz. Şəhərdə ancaq sakit həyat istəyənlər üçün xoş həyat ola bilər, çünki bu qədər sakit, səssiz, adamın ürəyini yatızdıran (olmək yoxx eee) başqa yer çox az olar. Təsəvvür edin şəhərdə cəmi iki dənən balaca diskoteka var. Bizim bap balaca Behbudovda 50 dənəsi var.
Qiymətləri də çox bahalı deyil. Ölkənin makroiqtisadi göstəricilərinin inkişaf tempi əladır. İnflyasiya 1.2, 2.5, 3.2% olaraq inkişaf edib son illərdə, bugün Zagrebdə işçilər miting edirdilər ki, bəs inflayssiya 5.6% olub, maaşlarımız artsın. "Can" dedim Azərbaycan. O günə qalmışıq ki, “danışmaq” da yadımızdan çıxıb. Bu yerdə bir ahhhh çəkdim. Doğurdan. Hər keçən gün nə qədər mütiləşdiyimiz, bədbəxtləşdiyimiz gəldi ağlıma...Nəysə!
Yazının gedişatını tamam dəyişirdim az qala, indi də istəyirəm dəyişim. Amma, qalsın, biraz siyasətə girməkdənsə girməyim heç, çirklənməsin blogum.

Turizmə böyük investisiyalar var. Bizim qaldığımız otel Qazaxstan-Türkiyə birgə investisiyası ilə tikilib. Əsas şikayətləri Rus turistlərə hələ cəlb edə bilməməkdi. Çünki Avropalılar ağıllı pul xərcləyir, çox pul xərcləmirlər. Az yeyir, az içirlər. Ruslər isə gətirdikləri bütün pulları xərcləməsələr getmirlər, gətirdikləri pul isə ən az Avroplalıların gətrdiyinin iki qatı olur.


Bəzi şəkilləri yerləşdirdim, ancaq yaxşı seçə bilmədim. Təyyarəmin vaxtına az qalıb və indi taksi gələcək. Çıxmalıyam. Sağ salamat gəlsən inşallah Bakıdan yazmağa davam edəcəm.

Sağolun...

Apr 5, 2008

Second Hand Marketing (Manager)

Bu Second Hand işi aləmi alib başına gedir. First hand-lərin satışına da çox ciddi təsiri var bir çox sektorda. Bakıda “MEMİ” var idi sehv etmirəmsə, başqa bir dənə də var idi ama adı yadımdan çıxıb. Nə qədər fikirləşdim tapa bilmədim. Nəysə..Məqsədim odur deyim ki, başqasının geyindiyi paltarı alıb geyinmək də real olan hadisədir. Bu sırf maddi səbəblərə bağlı deyil. Çünki, həmin qiymətə Çin malı da olsa təzə nəsə almaq olar. Hətta Türk malı da tapmaq olur. Biraz yeni forma, biraz bazarda olmayana qaçma, biraz da keyfiyyət məsələləri var işin içində. Avtomobil bazarı lap dəhşətdi bu cəhətdən. Müştəri avtomobil almamışdan əvvəl neçəyə satacağını fikirləşir və hətta oturub hesablayır. Düz də edir.

Hər şeydə bir Seconda Hand var. Bu Marketing deyilən əllamədə niyə olmasın ki? Onda da var. Dünya nümunələri ilə doludur. Hətta o səviyyəyə çatıb ki, bəziləri təzə heç nə tapa bilmir. Reklamlara baxırsan hamısı bir birinin eynisi, fikir kimdənsə çıxıb (təzə fikir) o həmin fikri real hadisəyə çevirib, arxasından da biri çıxıb onun etdiyini kopyalayıb. Olmadı işlənmiş fikir? Oldu!

Biri köynəyin yaxasında iplərin üçbucaq şəkilli birləşməsini fikirləşib, istehsal edib pul qazanıb. Başqası da eynisini edir və pul qazanır, az qazansa da, qazanır. Bu da oldu işlənmiş, çünki işlənib əvvəlcə.

Amma, hər şeyin işlənmişini istifadə etmək də olmur ki. Nə də hər şeyin işlənmişi avtomobillər kimi təzəsindan daha çox pul qazandırmır (Avtomobil dilerlərində dünyada ortalama təzə avtomobildə mənfəət 2-3%, işlənmiılərdə isə 12-13% olaraq hesablanır). Mənim çox yaxın türk dostum var (Əslində zır kürtdür). Bir dəfə soruşdum “Salfetkan var?”, dedi “Həə, az kullanılmış biri var”....

Marketologların da Second Hand-i var görəsən? Var! Bir marketolog bir şirkətdə çürüyür, özü də çürüyür, fikirləri də çürüyür. Sonra bir gün, “bu adamın təcrübəsi çoxdur” deyib çağırırlar başqa işə. Fikri işlənməmiş olan marketoloq da təcrübəsi yoxdur deyə qalır kənarda. İnsan nə maşın deyil, nə də salfetka. Bu adam, gəldiyi şirkətin bütün yaxşı cəhətlərini yığmış olsa da, orada pis nələrisə də yığıb. Gəlir başlayır o şirkətdə nələr edibsə hamısını burada da etməyə, işlənmiş fikirlər, işlənmiş addımlar. Bu qədər yazmağımın mənası bu təcrübə deyilən şeyin niyə bu qədər hər vəzifə üçün şişirdilməsidir. Eləbil Qarabağda döyüşə başlayacaqlar, baş komandanlıq da müharibələr görmüş əskər olmalıdır.

Second Hand marketing manager yaxşıdır yoxsa brand new? Baxır nə qədər işlənməyinə.....

Mar 29, 2008

Kişinin Üzünü Qırxmaq (2)

Haqqında “Marketing nədir, sualına cavab olan şirkət” demişdim Gillette-in. Mən ancaq Mach 3 hekayəsi ilə bunu belə düşünürəm. Beləliklə düz beş il gizli saxladığı Mach 3-ü 1998-ci ildə Amerikada bazara çıxardı Gillette. Sensor Excel-i il yarıma bütün dünya bazarında yerləşdirən Gillette bunu Mach 3 üçün daha qısa müddətdə etməliydi. Çünki; 1- Bütün dünyada səs küyə səbəb olmalı və tez müddətdə gəlir əldə etməliydi 2- Rəqiblərə bütün dünyada zərbə vurmalı və onlardan pay almalıydı ki, finansal cəhətdən də zərbə vurmuş olsun. Bu düşüncəyə nə deyirsiniz? Mən sadəcə alqışlayıram. Belə də oldu, cəmi bir il ərzində Mach 3 artıq dünyanın bütün bazarlarında satılmağa başlanılmışdı.

Bu 4P-nin 3-cü P-nə nümunədir, ancaq hələ nümunələr doludur. Gillette məhsulun qiymətinin müəyyənləşdirməsi üçün geniş testlər həyata keçirdi. Necə ki, adını qoymaq, dəyər ifadəsini müəyyənləşdirib yazmaq, formasını, ehtiyacları müəyyənləşdirmək üçün testlər etmişdi, qiyməti də uzun müddətli testlərdən sonra müəyyənləşdirdi. Məhz bu qədər testlərə və analizlərə dayandığına görə bu qədər böyük uğur qazandı. Məhz bunlara görə də “marketingi elmi əsaslarla tətbiq edən şirkət” adını da aldı.

Şirkətdə 225 Task Force kod adı ilə isethsal edilən Mach 3-ün bütün ömrü planlanmışdı. “Dünya artıq bir xalqdan ibarətdir” prinsipi ilə yanaşan Al Zeien, bütün dünyada eyni paketləmədən istifadə olunacağını da öz “dəstəsi” ilə qəraralaşdırmışdı. İtalyan, İspan, Rus və.s dillərə tərcümələrdə sözlərin çox uzanıb paketin üstündəki yazılarda çox fərqlilik olmaması üçün tərcümələrə də məhduduyyətlər gətirilmişdi; sözlər qısa olmalı idi. Belə də oldu.

Bütün marketing fəaliyyətləri haqqında şirkətin John Darman (Vice President of Business Management) Sensor və Sensor Excel-dən alınan və Mach 3 üçün istifadə olunmalı dərsləri belə qeyd edirdi;

1- Biz bazara məhsulu tez və ildırım sürətilə yaymağı planlaşdırmışdıq. Buna görə də istehsal gücümüz buna hazır olmalı idi.

2- Paketin üstündəki yazılar dünyada 30 dilə tərcümə olunmalı idi. Bütün dünya bazarına eyni paketlə şıxmalı idi. Buna görə də bütün satışa dəstək olan materiallar, kommunikasiya (paketləməni nəzərdə tutur) eyni olmalı idi.

3- Eyni zamanda bütün marketing və reklam fəaliyyətlərində dünyanın hər tərfində eyni mesajlar verilməli idi. Azca adaptasiya və tərcümələr xaric.

4- Qiymət elastik olmalı idi. Ancaq, bir şeyi yaddan çıxarmaq olmazdı; Gillette qiyməti hər bir istifadəşinin bir ildə neçə başlıq istifadə edəcəyini nəzərə alaraq müəyyənləşdirmişdi. Bu bütün dünyada prinsip olaraq qəbul edilməli idi.

Ad qoyma mərhələsi ise Vector, Synchro və.s ilə başladı, Mach 3 ilə bitdi.

Schick Quattro-nu bazara çıxardıqda isə sonradan “Marketing Solution for a Technical Problem” adlandırılan taktikanı işə saldılar. Gillette Schick Quattro-nu bazara çıxarmamışdan əvvəl “Ülgüclərin sayı hər şey demək deyil. Üz qırxmaq bir kültürdür və bu kültürü tamamlayan, üz qırxma işinin ustası olan, kişilərəmədən bunu etmə imkanı verən, üç ülgüclə də üzü qadınların xoşuna gələcək qədər əla qırxan alət” mesajını verən reklam kampaniyalarına başladı. Xatırlayırsınızsa Schick ilə açıq aşkar məzələnmişdi də, Gillette. Schick Quattro bazara çıxdıqdan sonra da davam edən bu kampaniya rəqəmlərlə də özünü göstərdi-Schick Quattro bazara çıxdığı dövrlərdə Mach 3 satışları 34% artmışdı. (Daha dogrusu Mach 3 turbo- Çünkü Marketing dahisi Gillette “yeni” mesajını da vermək üçün cüzi dəyişiklik etdiyi Turbo-nu bazara çıxarmışdı). Bu dövrdə isə şirkətin başında CEO artıq Jim Kilts idi. Məıhur Jim Kilts. Onun ğzü haqqında da uzun-uzun yazmaq olar.

Gillette-nin reklam kampaniyaları haqqında heç yazmadım, buna heç ehtiyac da yoxdur.
Mach 3-ün bütün mesajlarında ana faydanın və qadınların tər-təmiz qrxılmış üzü bəyənməsinin işarələri var. Gillette kişiləri hər tərəfdən “mühasirəyə” aldı. Bu qədər qısa. Yazmaq istəyən səhifə yazar tək bu haqda.

Bir cümlə ilə Wilkinson ilə mubarizəyə toxunum; öz aralarında razılaşıblar, Gillette qadınlara çox sataşmır, Wilkinson isə kişilərin üzləri ilə əlləşmir.

Bircə çənənin altında sağa əyri bitən tükləri düz qırxmağa da çarə tapsaydı bu Gillette.

Mar 27, 2008

Kişinin üzünü qırxmaq....(1)

Biz kişilər ağlımız azca kəsməyə başlayandan üzümüzü qırxmaq həvəsinə düşürük. Vaxt çatıb qırxmağa başlayandan sonra yavaş-yavaş həvəsdən düşürük. Sonra hətta nifrət də edirik. Hamımıza aid olmasa da çoxumuza aiddir. Bazar günü bir trainingdəyəm və mövzu da "Communication"la əlaqəlidir. Üzümü qırxdığım yerdə ağlıma gəldi Gillette-in bu mövzuda ad çıxarmış CEO-su Alfred M. Zeien. Ordan da başladım Gillette və onun məhsullarını fikirləşməyə. Çox geniş yazmayacam, çünki bir dəfə Audi haqqında geniş yazmaq istəmişdim baxdım başını ayağını yığa bilmirəm bir yerə. Mach 3 və digərləri haqqında yazsam yenə aləm qarışacaq bir-birinə. Gillette The Best a Man Can Get kişilər üçün markadır. Bunu açıq aşkar sloganında da göstərir. Şirkətin hazırda sahibi P&G-dir. Bu rəsmi hissəsi.
1901ci ildə King Camp Gillette tərəfindən ilk istehsaldan sonra, bugünə kimi Gillette fayda yaratmaq üçün çalışır. İstehsal etdiyi bütün məhsullarda yeni bir fayda və var olan hər hansı bir problemi ortadan qaldırmağa çalışan Gillette bunu çox gözəl bacarır. İlk iki ülgüclü üz qırxanı, Trac II, istehsal edən şirkət, Atra ilə bunu daha da inkişaf etdirdi və sonrasında Sensor, Sensor Excel və nəhayət Gillette Mach 3 ilə zirvəyə qalxdı.
Mach 3-ün ərsəyə gəlməsi üçün 750 milyon dollar xərcləndi. O dövrlərdə CEO olan Zeien, şirkətin global inkişafında böyük addımlar atılması üçün lazım olan bütün fəaliyyətləri həyata keçirdi. İlk gündən, yəni 1993-cü ildən etibarən Mach 3 gizli saxlanıldı. Milyondan çox insanla dərin dərin görüşmələr keçirildi və bunlarla rəsmi müqavilə imzalandı, ki, heç həyat yoldaşlarına da bu barədə deməməli idi araşdırmada iştirak edənlər. Bunu necə kontrol etdiklərini isə bilmirəm. Bu o qədər gizli saxlanırdı ki, hətta səhmdar Warren Buffet (milyarder) bazara çıxarlmazdan cəmi 9 ay əvvəl məhsulu görmə imkanı tapdı. Gillette Mach 3 bir inqilab idi və xərclənən pullar geri qayıtmalı idi. Özü də dəfələrlə çox miqdarda. Elə də oldu, ilk 6 ayda 68 milyon dollar gəlir gətirdi. Mach 3-ə yenə qayıdacam, ancaq Gillette-nin kişilər üçün innovasiyasına azca toxunmadan keçə bilmirəm. Qadınlar üçün də bu maraqlıdır, çünki kişilərinin üzlərinin təmizliyi onlar üçün də çox əhəmiyyətlidir. Elə Gillette də bunu bildiyi üçün kişilərə mesajı dəqiq və iki nöqtədən göndərirdi.

1980-ci illərdə üz qırxan bazarı bir dəfə istifadə üçün alətlərlə dolu idi. BIC və başqa markalar fırtına kimi əsirdi. Gillette bu dövrdə kriz dövrlərini yaşayırdı və bundan çıxmağın yolu üz qırxma mədəniyyətini dəyişmək idi. Bunu indi başa düşürəm, amma bəlkə də Gillette CEO-su olsam o vaxt, bunu ağlım kəsməzdi. Kişilər üçün həqiqi mənada dəyər yartamaq lazım idi. Yüz faiz faydanı təmin edən dəyər. Üstəlik mənəvi tərəfini də gözdən qaçırmadan. Bu sadəcə möhtəşəm bir işdir.
Nəisə..Gillette haqqında onsuz da ikinci bölümü də yazacam. Halbuki, yazmağa başlayanda planım bir yazıda bitirmək idi. İndi baxıram ki, yazılası çox şey var. 750 milyon dollar təkcə Araşdırma İnkişaf (A&İ) üçün, 300 milyon dollar marketing fəaliyyətləri üçün pul xərclənən bir məhsuldan, bütün bunları bu qədər mükəmməl şəkildə hayata keçirən Gillette-dən, Schick-ı Marketinglə boğan markadan gedir söhbət. Baxıram yazı çox uzandı. Yenə başını ayağını yığa bilmədim. Növbəti yazıda hamısını bir-bir yazacam. Açıq aşkar "Marketing nədir?" sualının cavabını verən bir şirkətdən, bir markadan, bir məhsuldan danışacam gələn yazıda. Mən araşdırmağa başlamamışdan əvvəl Mach 3-üm ancaq üzümü qırxan alət idi, indi o mükəmməl bir Marketing nümunəsidir eyni zamanda. Taxtasından, dəmirindən yox, Marketing fəaliyyətini başdan aşağı necə təşkil ediblər, ondan yazacam.

Kişinin üzünü qırxmaq və ona bunu gülümsəyərək etmə imkanı yaratmaq...