Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Aug 30, 2008

Redesigning my blog və ya Əfsun mənə template düzəltdi

Çoxdandır blogumun yeni dizaynını gözləyirdim. Əfsun sağolsun, düzəltdi. Əfsunun da bugünə qədər bütün vaxtını aldım. Elə burdan da yeni formada ilk təşəkkürümü bildirirəm Əfsuna. Özümün çox xoşuma gəldi. Məncə sizin də xoşunuza gələcək. Əfsunun sayəsində Azərbaycanın İlk Marketing Blogu yenidən dizayn edildi.

İlk gündən bəri İLK MARKETİNG BLOGu bir neçə ilkə imza atdı. İlk dəfə prezentasiya hazırlayıb bu blogda yerləşdirdik, ilk Marketing Case burada yerləşdirildi, ilk arxiv araşdırma məqaləsi burada yayımlandı, ən əsası odur ki, Azərbaycanda ilk blog oldu bu blog. Dəfələrlə silmək istəmişəm, ancaq hər dəfə ya ürəyim gəlməyib, ya da bir nəfərin xətrinə silməmişəm. Ama, nə olursa olsun, sevirəm blogumu və bu blog mənim üçün dəyərlidir. Divanla və divarla söhbət edə bilmədiyim üçün açdığım bu blog, mənə çox şey öyrətdi. Yazı yazmağa hazırlaşanda, kitabları vərəqlədim, məqalələrə baxdım, İnternetdə fırlandım və ən əsası da fikirləşdim. Bu isə inkişafa çox təsir edir.

Bugündən sonra daha aktiv yazılara başlayacam, mənə lazımdır Oktyabrın 10-na kimi birtəhər "ayaqda qalım", sonrası daha yaxşı olacaq inşallah. Azərbaycanın İlk Marketing Blogunda ilklər yenə də olacaq, ürəyimi yenə bu blogda boşaldacam. Bilmirəm, bugünə kimi kiminsə bu blogdan öyrənidiyi nəsə var yoxsa yox, ama mən yazılan şərhlərdən çox şey öyrənmişəm, şərhlər məni nəyisə araşdırmaya yönləndirib, yeni olub, maraqlı olub. Bundan sonra da olar inşallah.