Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Aug 31, 2007

Ve bazen...

Bazen çok sıkılıyor canım. Üzülüyorum gördüklerime. Değiştirmek isitiyorum. Kendim değişmek istiyorum. Üzülmemek istiyorum. İnsan olmaktan bıkmış bir "tip" oluyorum. Sonra, kendim de insanlıktan çıkıyorum belki de, çünkü artık "insanlık hali olmayan, insanların yaptığı şeyler"i insan olarak normal kabul edebiliyorum. Demek ki, ben de insanlık dışına çıkmışım.

Para için insanların ölümüne "kaza" diye bakanlara baktıkça üzülüyorum. Beş on kuruş para kazanmak için çalışan elemanının bütün haklarını ihmal eden iş "adamları"na baktıkça üzülüyorum. Ve bütün bunlar karşısında göz yuman "büyükler"i gördükçe içim acıyor. Acıyor, acıyor ama sonra tekrar "acımasız" oluyorum. Ve bu acımasılığıma üzülüyorum.

İnsanların birbirilerine karşı bu kadar kötü niyetle yaklaşımlarına üzülüyorum. Kullanma, sonra da çöpe atma! Hani sakız çiğnedikten sonra attığımız gibi. Yazık oluyor. Birbirimize bu kadar "basit" bakmamız, davranmamız bizi daha da basitleştiriyor ve artık sadece yeme içme peşinde dolaşan bir varlık oluyoruz. Bizi hayvanlardan ayıran özelliklerimiz kaybolunca, biz de ne olduğumuzun farkında olmadan yaşıyoruz. Ve kaybediyoruz bazen!

Bazen çok sıkılıyorum canım. Ve bazen nefret ediyorum kendime.

Aug 27, 2007

AXE effect və sonrasında sərin Coca-Cola

Başlığı tamam başqa formada da hekayə ilə başlaya bilərdik. Gözəl bir Audi...

Audi.
Bu markanı kişilərin çoxu tanıyır. Qadınların da avtomobillə maraqlananları tanıyır. Audi özünə luks avtomobil bazarında yer axtaran markadır. Hətta, artıq özünə yer ayırmış markadır. Nə qədər ölkəmizdə Audi luks avtomobil olaraq lazımı qədər rəğbət görməsə də, o luksdur və Mercedesin baş bəlası olmağa hazırdır. Audi Türkiyə bazarına çox uğurlu bir strategiya ilə girdi. Əvvəlcə reklamlara baxın sonra məqalənin davamını oxuyun.

Bu reklamların davamında ayağında ağ corab olan bir kişi, yaxası yarıya qədər açıq bir nəfər və.s göstərilib və eyni sloganlar istifadə olunub. Audi nə demək istəmişdi? Audi, Bizim avtomobillərin sahibləri mədəni, intellektual, təhsil səviyyəsi yüksək insanlardır demək istəyirdi və bunu çox uğurlu bir çəkildə çatdırdı. Buna elmi dildə `Reklam mesajlarının düzgün çatdırılması və markanın bazarda yerləşdirilməsi` deyilir. İndi Türkiyədə bu Audinin istədəyi mövqeyi möhkəmdir. Bəli, artıq Türkiyədə intellektual, mədəni olan vəya elə bir imic formalaşdırmaq istəyənlərin Mercedesə qarşı markalarıdır Audi. Azərbaycanda Audi niyə bu qədər azdır və passivdir? Çünkü, markanın “pasportu” yoxdur. Orada Audinin “kim olduğu” yazılmayıb. Kres GMBH bunu yəqin ki, fikirləşəcək.

Coca Cola bütün dünyada reklamları ilə diqqətləri öz üzərinə çəkən markadır. Tez tez reklam agentliklərini dəyişdirməsi ilə də müzakirəyə çıxarılır bu marka. Reklamlarında hər ölkənin öz mədəniyyəti ilə bütünləşən bir ismaric var. Coca Cola ailə markası imici formalaşdirir hər ölkədə. Pepsi gəncliyi, enerjini, Freestyle həyat tərzini əks etdirirsə Coca Cola ailə, olgunluq, səmimiyət, məhəbbət ifadə edən markadır. Bunu necə edib? Süfrə ətrafında toplaşan xoşbəxt ailə konsepsiyası ilə, Ramazan ayında iftar süfrəsində Coca Cola içilməsi ilə, hər ölkənin milli yeməkləri ilə Coca Cola içildiyini göstərərək. Mən bunu bele sadə dildə yazıram, elə bilməyin ki bunlar belə yazıldığı kimi sadə və asan əldə edilən nailiyyətlərdir. Bunlar düşüncə, bunlar müştəriləri tanımaq, bunlar harda olmaq istədiyini dəqiqləşdirməklə olur. Reklam vermək adına reklam verməklə nə “Audi” nə də “Coca Cola” olmaq mümkün deyil.

DoveHəqiqi Gözəllik Markası”. Dove qırx incə belli qizi reklamlarında göstərmək yerinə hərgün ətrafımızda, evimizdə, iş yerimizdə, küçədə daha çox gördüyümüz qadınları öz reklamlarında nümaiş etdirdi. Dove, inandırıcı oldu. Niyə? Çünkü, artıq qadınların heçbiri “ Əvvəllər saçlarım ölü idi, mənə heç kim fikir vermirdi, ancaq indi men küçədə gedəndə bütün kişilər mənə baxır” kimi boş bir məntiqə inanmırdılar. Dove inandırmaq istədiyi qadınları, özlərindən istifadə edərək inandırdı. Hər tərəfdə, hər reklamında gözəlliyin 90 60 90 vəya düz bədən olmadığını, gözəlliyin ruhla tamamlanan bir bütün olduğunu, yaşlı bir nənənin də gözəl olduşunu göstərdi. İnandırdı.

Hugo BOSS “Seperates the boys from the men” reklamları bəlkə də yadınızdadır. Hugo artıq həqiqi mənada kişələrin və bekle de kişi olmağa həvəslənənlərin markasıdır. BOSS açıq aşkar bunu deyirdi yuxarıdaki sloganla: “ Kim özünü olgun kişi hesab edirsə, özünü artiü oğlan olmaqdan daha yuxarıda görürsə, bunu hiss edirsə HUGO onun markasıdır”. Mən məsələyə biraz kəskin yanaşdım, ancaq nə qədər mülaim yanaşsam da Hugo BOSS markasının iş adamlarının, olgun insanların, həyatda artıq bir neçə böyük uğur qazanmış olanların markası olduğunu inkar edə bilmərəm.

Seperates the boys from the men

Bu yazida əsasən marka yerleşdirilməsi ilə əlaqəli olan uğurlu reklamlardan bəhs etmək istədiyimə görə bu səpkidə də davam edirəm. Əsas məqsədim, reklamın sırf reklam vermək xətrinə, “bizim də reklamlarımız var” demək xətrinə yayınlanmamalı olduğuna, reklamların bir marketinq strategiyasını reallaşdırmaq üçün vasitə olduğuna və yaxşı reklamlarla böyük uğurlar qazanmağın mümükün olduğuna diqqətlərinizi çəkməkdir.

Azərbaycanda Nurgün Motorsun Nisan Maxima reklamları bekle de yadınızdadır. Bazara ilk Maximaları çıxaranda “Sanballı Kişilər üçün” sloganı ilə əməlli başlı səs küyə səbəb olmuşdular. Men teessüf ki, o fikrin sahibinin kim olduğunu, hansı agentlik olduğunu və.s bilmirəm. Bilsəm təbrik edərəm. Çünkü, mən başqa Azərbaycan reklam tarixində bu reklam qədər “yaxşı reklam” bilmirəm. Niyə? Nissan Maximanın hədəf kütləsi dəqiq müəyyənləşdirilmişdi. (İndi biri çıxıb desə ki, `biz bunu hazırlayanda heç sən deyənləri fikirləşməmişdik` mən şok olaram). Hədəf kütlə, özünü sanballı kişi olaraq görən vəya elə olmaq istəyən kişilər idi. Düzgün seçim idi, çünkü Maxima böyük sedan avtomobil olaraq bu tip insanlar üçün istehsal olunmuşdu və Nisan bilirdi ki, Azərbaycanda hər yerindən qalxan sanballı olmaq ümidi ilə yaşayir. Sanballı olmayanlar da sanballı avtomobil almaq istəyir, çünkü ona elə gəlir ki, avtomobil onu sanballılaşdıracaq. Heç olmasa millətin gözündə. Bilmirəm fikir vermisiniz yoxsa yox, Maxima hələ də sanballı avtomobil imicini qoruyub saxlayır. Ancaq, fikir vermisinizsa artiq Maxima ölür. Niyə? Çünkü, Nisan “sanballı avtomobilin” sanbalını qoruya bilmədi və Maximanı da Sunny kimi cılızlaşdırdı. “Sanballı Kişi” konsepti itdi demək olar ki. Təəssüf ki!!!

AXE deodorantları. Üsttünüzə azca sıxın, qızlar başınıza fırlansın. AXE bir insan olsa, qapıdan içəri girsə, necə insan olar sizcə? İstəyirsiniz azca fikirləşin, sonra yazının davamını oxuyun. Əminəm ki, sizin fikirləşdiklərinizlə mənəm yazdığın arasında çox bənzərlik olacaq. Məncə, 18- 22 yaş arası, cins şalvar, onun üstünə salınmış köynək, yaraşıqlılığna inanan və özünə güvənən bir oğlan. AXE birbaşa və açıq aşkar cinsəlliyə dayanan reklam strategiyası həyata keçirir. Əslində buna reklam deyil, kommunikasiya strategiyasi desək daha düzgün olar. Bilirsiniz ki, reklam bu kommunikasiya vasitələrindən sadəcə biridir. AXE bütün rekalamları ilə “AXE sizi daha da cazibədar edəcək, qizlar əlinizə ayağınıza dolaşacaq, qızla tanış olmaq probleminiz olmayacaq, onlar özləri sizi tapacaq və.s” deyir.

Qeyd etdiyim kimi, AXE müştəriləri ilə elaqələri sadece belə reklamlardan ibarət deyil. Bu məqsədli reklamların bəlkə də yüz ədədini görə bilərsiniz. Bəs AXE qonaqlıqları? AXE bizim Bakıda da cavan qəşəng qızlar vasitəsi ilə dəvətnamə paylayırdı. Qarşınıza çıxmayıb ki? Qəşəng qızlar sizi qonaqlığa dəvət edirlər və o qonaqlıqda qız əlindən yerimək olmur deyirlər. Kefə bax!!! İndi fikirləşin, 18-22 yaş arasındaki bir oğlan üçün bunun nə qədər cazibədar olduğunu. Bu yaşdakı gənclərin qızla tanış olmaq, qızların diqqətini çəkmək, bir qizla tanış olmaq kimi “çox ciddi problemlərinin” olduğunu psixoloqlar her halda daha yaxşı bilir. Ancaq, heç psixoloq olmayanlar da bunu əla bilir. AXE strategiyasına orta mekteb qiyməti verməli olsam, men ulduzlu beş verərəm.

Bir başqa alqışlanmalı reklam strategiyası da Milandan! Alman kişisi üçün İtalyan qızı. Bir qız qaçar adımlarla evden çıxır. Harasa telesidiyi bilinir. Dar küçəyə çıxan kimi, küçənin kənarında dayanan Porsche görür. Yanına gəlib yavaşlayır. Əlini Porsche-yə sürtür. Sağa-sola baxır, adam var mı yoxsa yox deyə. Heç kim olmadığını görüb yaxasını açır, vücudunu Porscheyə bir anlıq göstərir və yaxasını tez örtüb yoluna davam edir tələsik addımlarla. Qızın getdiyi səhnədə arxadan Porsche-nin arxası görünür: arxa baqajın üstündəki hava ötürücü açılır. Porsche cana gəlir. Bunun şərhinə ehtiyac var? (Videonu çox axtardım ama tapa bilmədim)
Yuxarıda nümunələrlə göstərdiyim və ifadə etmək istədiklərim gün kimi aydındır. Bir marketinq strategiyaniz olsun. Yazılı. Kağız üstündə. İstədyiniz vaxt alıb baxdığınız deyil, bütün gün iş masanızın üstündə duran bir Marketing planı, bunun içərisindəki strategiyalar!
Reklamlar da, millətin gözünə xoş gəlsin, yanımımızdakı şirkətdən geri qalmayaq, orda burada bizim şirkət də reklam verir demək üçün çəkilməsin, yayınlanmasın. Sizin imicinizə zərər verən reklam çəkməkdənsə, heç çəkməyin. Nurgun Motors kimi, Range Rover Sport-un rəsmini bir gəzetin arxa səhifəsində ağ-qara olaraq yayınlamayın ki, markanın da imicinə zərər gəlməsin. Pulunuz da cibinizdə qalsın. Yaxşı ki, Rover sahibləri vəya Rover ala biləcək səviyyədə olan insanlar o qəzetə baxmırlar. Yoxsa, Roverden imtina edərlər bəlkə də.

Toyota RAV4 Qazaxstanda hələ də qadın avtomobili imicindən yaxasını qurtara bilmir.

Aug 23, 2007

Köhnəyə qayıtmıram, köhnədən yeniyə yeni nə var onu deyəcəm!

Aşağıdakı rəsimləri yəqin ki xatırladınız. Xatırlamırsınızsa yadınıza salım. BMW Audiyə sataşmışdı. Audi ona cavab vermişdi. Subaru da ikisinə də cavab göndərmişdi, özü də biraz zarafat eləmişdi.

Şəkillərin sırasına baxsanız görərsiniz ki, biraz dəyişiklik etmişəm. Niyə? Bu gördükləriniz 2006-cı ildə baş vermişdi. Bir il keçib üstündən. Audi ifadə etdiyi Le Mans-ın altı qat çempionu adını yenilədi. 2007-ci ildə də Audi Peugeot ilə çətin mübarizədən qalib çıxdı. Audi yerini möhkəmlətdi. Yəni, bu il də kim Audi-yə sataşsa cavabını alacaq. Son illər ard-arda uğurlar qazanan Audi satış rəqəmləri və bazar paylarındakı artışla da bunu təsdiq edir.

Subaru 2006 "Engine Of The Year" mükafatını almışdı. Bununla qürurlanaraq Audi və BMW -ni "Gözəllik yarışmasında mükafat aldıqları üçün" təbrik etmişdi. İndi yerlər dəyişdi. Daha doğrusu Subaru "Engine of The Year 2007" mükafatını ala bilmədi və yerini alman BMW-yə verdi. Yəni, bu il bunlar bir biri ilə yenə mübahisəyə başlasalar Subaru biraz "sözsüz" qalacaq. Ancaq, birşeyi nəzərinizə çatdırım ki, ən çox mükafat alan yenə International Engine of the Year 2007: BMW 3-litre Twin-Turbo (335i)qalibi olan markadır. Mənə çox maraqlıdır niyə BMW bunu çox qabarıq bir şəkildə marketing strategiyalarında istifadə etmir? Bəlkə də edir, amma mənim xəbərim yoxdur.

Bu il dünyanın müxtəlif ölkələrində "Ən yaxşı avtomobil" mükafatları veriləcək əlbətdə. Amerika qitəsində yəqin ki, TOYOTA və Lexus hakim mövqedə olacaq. Bütün dünyada da bunu belə gözləmək olar. Bəzi siniflərdə Audi, BMW və Mazda adları da önə çıxa bilər. Bu il Lexus LS460 International Best Car of the Year 2007 adını aldı. Haqqıdır!!!


Mercedesin səsinin batması isə şəxsən mənim xoşuma gəlir. Sizi bilmirəm.

Azərbaycanda "İlin ən yaxşı avtomobili" mükafatını kim "çox istəsə" o alacaq!!!

Aug 10, 2007

"Servis Xidmeti"

Ziya Memmedov:"Servis xidmetinin yükseldilmesi üçün...."

Nazirimizin işletdiyi bu ifadeni birçox başqa nazir olmayan insanlardan da eşitmek olur bizim ölkemizde. "Servis xidmeti"!!! Bu barede balaca bir izahat verim sonra keçim "servis xidmeti" haqqında yazmağa.
"Service" ingilis dilinden dilimize keçib ve menası "xidmet"dir. To serve-Xidmet etmek demekdir.

Xahiş edirem nazirimiz kimi siz de "Xidmet xidmetinin" seviyyesinin yükseldimesine deyil, ele xidmet seviyyesinin özünün yükseldilmesine fikir verin. "Xidmet xidmeti"nin seviyyesinin yükseldilmesi sonrakı meseledir, vaxtı gelende onunla meşğul olarıq, helelik vacib deyil!

Xidmet anlayışının qonaqperveliyi bu qeder yüksek olan ölkede bu qeder aşağı seviyyede olmağı inanın meni çox teeccüblendirir. Axı qonağı qarşılamaqla müşterini qarşılamaq eyni şeydi. Gedirsen bir şirkete, vacib deyil ne işle bağlı, esas odur ki, gedirsen ve oturub bir işle meşğul olursan ve ya birisini gözleyirsen. Özün öz dilinle demesen ki, "ay balam men su isteyirem" bir nefer gelib su vermez. Çox az olur teklif eden. İş göreceyik ve ya görmeyeceyik bu vacib deyil, esas olan odur ki men sene qonaq gelmişem.

Müşteri gelir senin satdığın maldan almağa. Bu müşterini evine gelen qonağı nece qarşılayırsansa ele de qarşıla ki, o da senden razı getsin. Vallah billah müşterini heqiqi semimiyetle qarşılasanız ve ona çox semimi davransanız müşteri malınızdan razı qalmasa da sizden razı qalar ve o biraz da ceht etseniz tekrar size yaxınlaşar. Nolar biraz müşteriye deyer verin. Bu "servis xidmeti" deyilen şey ancaq avtomobil xidmet merkezleri, temir yerleri ve.s ile elaqedar olan şey deyil. Müşterisi olan her müessise xidmetle meşğuldur. Esas funksiyası xidmet olmasa da xidmetle meşğuldur.

Bu cümleni ikinci ve ya üçüncü defedir işledirem, "müşteri qaz deyil". Yolmağa çalışmayın. Mal almağına, ehtiyaclarını temin etmelerine kömek edin.

Bu mövzu o qeder uzundur ve xüsüsen de Azerbaycanda o qeder üreyi yaralı insanlar var ki, bu mesele ile bağlı, yazdıqca uzanır, uzandıqca adamın derdi açılır. Özümü buralarda saxlamasam bloglar tarixinin en uzun yazısını yazacam.

Yazacam....Bu mövzunu her defe yazacam....

"Servis xidmeti" ve müşterilerle davranışla elaqedar olaraq yazacam. Üreyim doludur.Partalayası deyilem ki, gerek yazam rahatlayam axı!!!

Aug 6, 2007

Toyota!!! Avtomobil Dünyasının Qorxusu!! Avtomobil Markalarının Marka Deyerleri

2007-ci il dünya markalarının deyerlerini xeyli müddet evvel Interbrand yayınladı. Coca-Cola ve ya Google haqqında ancaq onu deye bilerem ki, Coca-Cola %3 deyer itirib, Google %44 deyer qazanıb.

Marka deyeri haqqında Bülent Akgül geniş yazmışdı. Men bugün bundan teorik olarak behs etmek istemirem. Menim işim avtomobillerle elaqeli olacaq bu yazıda.

Avtomobil dünyasının az qala qorxulu yuxusu olan TOYOTA dünya markaları siyahısında 32.070 milyard ABŞ dolları ile 6-cı yerdedir. Avtomobil markalarının marka deyerine göre siyahısına ise başcılıq edir. 2006-cı ile nisbeten %15 artıb marka deyeri. Toyota !!! Hal hazırda dünyanın en böyük avtomobil istehsalçısı TOYOTA. Geniş model xetdi, yüksek seviyyede sadiq müşterisi, avtomobillerine olan müşteri etibarı, markanın biliniriyi ve.s ile bu qeder yüksek deyere sahibdir. Toyotanın bütün modelleri dözümlülüyü ile seçilir. Corolla "Tekerin istehsal olunduğu günden beri en çox satılan avtomobildir" (Toyota Türkiye). Her il yeni modelleri ile Toyota avtomobil dünyasında fırtına kimi esir. Lexus ile premium sinifde xüsusen de Amerika bazarında Mercedes, BMW, Chryseler, Acura kimi markalara meydan oxuyan Toyota orta sinifde de yıxıb sürümediyi marka qalmadı. Keçen günlerde oxuduğum bir meqale meni çox teeccüblendirdi.(Meqaleni ne qeder axtardımsa da tapa bilmedim ki, siz de buradan oxuyasınız. Üzürlü hesab edin.)Meqaleye göre Lexus avtomobillerinin, söhbet LS460-dan gedirdi, motoru 250 mühendis terefinden 450 defe yoxlamadan keçirilir. Bu o demekdir ki, sizin aldığınız Lexus-un motoru 450 defen yoxlamadan keçirilib. Bu dünyada rekord sayıda yoxlamadır ki, meqalede esasen bundan behsedilirdi. Toyota-nın istehsal sistemi, her zaman yaxşılaşdırma, dözümlülüye diqqet sayesinde etibar qazanan marka, ne qeder özünü "İnsanları en etibarlı bir şekilde istediyi yere aparan, daşıyan avtomobil" kimi teqdim etse de, Azerbaycan kimi bazarlarda prestij ifade edir. Toyota Azerbaycan bunu bilir ve yavaş-yavaş bu faktoru istifade edir. Bir neçe şaiyeye göre Subaru-nu da alıb Toyota. Amma, bunu hele deqiqleşdirmemişem deye yazmıram. Bunu deqiqleşdirende geniş yazacam.


Avtomobil markaları arasında ikinci yüksek marka deyerine sahib olan Mercedes Benz-dir. Mercedesi dünyada bilmirem, amma Azerbaycanda tanımayan olsa olsa 65 yaşından yuxarı nennelerin %30-u olar. Bunlar da kendlerimizde yaşayan nenelerdir. Bir yaşından yuxarı neveler hamısı Mercedesin adını bilir. Tanıyanları da var! Marka deyerinin hesablanmasında marka bilinirliyi, marka imici, marka sedaqeti rol oynadığına göre başa düşmek olar ki, niye Benz ikinci sıradadır. Mercedes 2006-cı ile nisbetde deyerini %8 artırıb.

BMW, reqibinden geri qalır. Amma, lap az! BMW-nin marka deyeri Mercedes-den 2 milyard azdır. Mercedes-in deyer artımı %8, BMW-nin deyer artımı %10 olmuşdur.

1- Toyota 32.1
2- Mercedes Benz 23.6
3- BMW 21.6
4- Honda 18.0
5- Ford 9.0
6- VW 6.5
7- Audi 4.9
8- HYUNDAI 4.5
9- Porsche 4.2
10-Lexus 3.4
11-Nissan 3.1

Qara yazılanlar dünya markaları arasındaki mövqelerdir.

Siyahıda özünüz görürsünüz kim hansı deyere sahibdir. Men maraqlı olanlardan yazıram.

Ford, beşinci sıradadır deyer sıralamasında. Amma, 2007-ci ilde %19 deyer itkisi olub. Bu yüksek reqemdir. Ford-un başı dertdedir. Volvo ve Aston Martini satmaq üzredir. Satacaq ki, biraz eline pul gelsin. O pullarla da, Ford-u qurtarsın. Ford özünü qurtarmaq üçün yeni Mondeo-nu istehsal etdi. "Fordun bugüne qeder istehsal etdiyi en gözel avtomobil" deyilir haqqında. Fordun en böyük problemi müşterilerinin ne istediyini evvelceden texmin ede bilmemesidir, Toyotanın en böyük üstünlüyü ise müşterilerin ne istediyi çox yaxşı bilmesidir. Mehz buna göre de, Toyota Amerikada Amerikanları ezdi!

AUDI...AUDI...AUDI 2007-ci ilde %17 deyer artıraraq böyük yükseliş qeyd eden marka. Audi, illerdir arxalarınca ağzı açıq baxdığı BMW ve Mercedesin boynunun dibini kesib. A4 ve A6 ile yükselişe keçen marka, Q7 ve R8 ile zirveye adını yazdırdı. Artıq, Audi-nin adı Mercedes ve BMWden sonra qorxaq sesle çekilmir. Daha çox dizayn ve teknolojik yenilikler üzerinde özünü hamıya tanıdan yenilikler etdi. Sonra marka imajı ile elaqeli geniş çaplı fealiyyetlere başladı. Evveller, Amerikan bazarında qıraq bölgelerde yaşayan hüquqçulara aid edilen marka, indi merkezin lap merkezinde oturmağa çalışır. Düzdü, hele de BMW, Mercedes ve Lexus, marka imici ve satış reqemlerine göre Audinin önündedir, amma Audinin marka deyerı artışının %17, satış reqemlerindeki artışın ortalama %14 olduğunu düşünsek, bir neçe il sonra sıraların deyişme ehtimalı olduğunu da görerik. Tebii ki, herşey tekce Audi ve Mercedesden asılı deyil.

Yazı deyesen çox uzandı. Mene maraqlı deger diger fakt ise HYUNDAI-ın Nissandan daha yüksek marka deyerine sahib olmasıdır. 1998-ci ildeb beri "reform"larla ilerleyen, hatta hızını alamayıp nerdeyse her sene model yenileyen HYUNDAI-ın Nissan-dan daha üst sıralarda yer tutmasının en büyük sebebi yeqin ki, dünyanın 6-cı böyük avtomobil istehsalçısı olmasıdır. Dünyanın bir çox ölkesinde marka imici çox "aşağılarda" olan HYUNDAI keçen il %9 marka deyeri artımı yaşayıb. Nissanın marka deyeri ise keçen ile nisbetde %1 azalıb.

Ladanın marka deyerini tapa bilmedim!